Türkiyə ilə matç öncəsi Portuqaliyada ciddi itki

22.03.2022 12:00 488
Dünya futbolu
Portuqaliya millisinin futbolçusu Pepe koronavirusa yoluxub.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda yerli federasiyanın mətbuat xidməti xəbər yayıb.

Müdafiəçinin səhhəti hazırda yaxşıd və o, karantinə alınacaq.

39 yaşlı oyunçu martın 24-də Türkiyəyə qarşı keçiriləcək DÇ-2022-nin pley-off matçını buraxmalı olacaq.