Sizin reklam burada

“Sərbəstlər” Avropa ikincisi oldu

Baxış Sayı:704

 “Sərbəstlər” Avropa ikincisi oldu
Almaniyanın Dortmund şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürüb. İlk iki gündə sərbəst güləşçilər yarışıb. Əli Rəhimzadə (60 kq), Əfqan Xaşalov (55 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Yalnız finalda uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov gümüş medulla kifayətlənib. Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə “bürünc”ü boynundan asıb. Beləliklə, yığmamız 3 “qızıl”, 2 “gümüş” və 1 “bürünc”lə 58 xal toplayıb və komanda hesabında 2-ci yeri tutub. Rusiya (67) birinci olubsa, ilk “3-lüy”ü Gürcüstan (52) qapayıb.
Dünən isə qızların mübarizəsinə start verilib. Millimizin iki üzvü bürünc medal uğrunda mübarizə aparıb. Təəssüf ki, həm Tatyana Vorontsova (51 kq), həm də Ceyla Nağızadə (67 kq) məğlub olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR