Sizin reklam burada

AÇ üçün test oyunları keçiriləcək

Baxış Sayı:675

AÇ üçün test oyunları keçiriləcək
Bildiyiniz kimi, sentyabrın 22-dən oktyabrın 1-dək qadın voleybolçuların Avropa çempionatı Azərbaycan və Gürcüstanda keçiriləcək. 16 ölkənin iştirak edəcəyi yarış Bakıda, Göygöldə və Tiflisdə təşkil olunacaq. Oyunların baş tutacağı Milli Gimnastik Arenası və Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirmək üçün ölkəmizə gələn CEV-in vitse-prezidenti Özkan Mutlugil AVF-nin başqanı Cavid Qurbanov və federasiya rəsmiləriylə görüşüb. Mutlugil bunları deyib: “İlk olaraq CEV adından sizə təşəkkür etmək istəyirəm. Azərbaycan böyük bir yarışa evsahibliyi edəcək. Sizin çox güclü komandanız var. Artıq Avropa çempionatına az qalıb. Bu yarış 70 ölkəyə yayınlanacaq. Bu da Azərbaycan üçün böyük reklamdı. CEV qitə birinciliyinə arenaların hazırlığını yoxlamaq üçün yoxlama oyunları keçirməyi nəzərdə tutur. Bu test görüşləri həm sizin, həm də bizim üçün çox vacibdi”.
Cavid Qurbanovun fikirləri isə belə olub: “Biz AVF olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşırıq. Bildiyiniz kimi, Azərbaycan böyük yarışlara yüksək səviyyədə evsahibliyi edib və etməkdədi. Voleybol Azərbaycanda populyar idman növlərindən biridi. Əlimizdən gələn hər şeyi edəcəyik ki, həm komandalar, həm də qonaqlar bizdən razi qalsın”.
Qeyd edək ki, Bakı və Göygöldəki test oyunlarının iyulun 22-25-i aralığında keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR