Sizin reklam burada

Şəhriyar Parisdə beşinci oldu

Baxış Sayı:600

Şəhriyar Parisdə beşinci oldu
Fransanın paytaxtı Parisdə “Grand Chess Tour” başa çatıb. Son 2 gündə blits üzrə mübarizə baş tutub. Şəhriyar Məmmədyarov (2784) keçirdiyi 18 görüşdə yarıbayarı nəticə göstərib. Belə ki, 6 oyunda qalib gələn həmyerlimiz bir o qədər oyunda uduzub. Sumqayıtlı qrossmeysterin daha 6 qarşılaşması isə heç-heçə başa çatıb. Yekunda 20 xalla ilk “5-liy”i qapayıb. İki şahmatçı 24 xalla zirvədə qərarlaşdığından əlavə oyunlar keçirilib. Nəticədə Maqnus Karlsen (Norveç, 2851) Maksim Vaşye-Laqravı (Fransa, 2783) üstələyərək, titula yiyələnib. Onlardan bir xal geri qalan Hikaru Nakamura (ABŞ, 2792) isə 3-cü yeri tutub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR