Sizin reklam burada

Kamran “gümüş”lə kifayətləndi

Baxış Sayı:867

Kamran “gümüş”lə kifayətləndi
Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı başa çatıb. İyunun 24-də final döyüşləri təşkil olunub. Yeganə finalçımız Kamran Şahsuvarlı (75 kq) həlledici görüşdə yerli publikanın sevimlisi Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz yarışı gümüş medalla bitirib.
Qeyd edək ki, Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Əbdülqədir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələnib.
Millimiz qitə birinciliyində komanda hesabında 8-ci yeri tutub. Ukrayna (3 qızıl, 1 gümüş, 2 bürünc) birinci, Rusiya (2-2-1) ikinci, İngiltərə (1-6-1) isə üçüncü olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR