Xorvatiyanın Samobor şəhərində 30-cu "Qran- pri" turnirində iştirak edən karateçilərimiz yarışın ilk günü bir qızılı medal qazanıb.
Veronika Qaşnikova 14-15 yaşlı yeniyetmələr arasında -47 kq çəki dərəcinin qalibi olub. O 5 görüşdə Xorvatiya, İsveç, İtaliya və Macarıstandan olan rəqiblərini məğlub edib.
Digər idmançılarımız mübarizəni şənbə və bazar günləri davam etdirəcək. Nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılıb.