Sizin reklam burada

“Milli Dəstə” iş başında olmayacaq

Baxış Sayı:594

“Milli Dəstə” iş başında olmayacaq
Lüksemburqa getməyə diplom işi imkan vermr, Serbiyaya uçmağa pul yoxdu

Avrokuboklarda çıxış edən təmsilçilərimizin xüsusilə səfər oyunlarında dəstəyə ehtiyacı var. Ötən ilin martından bu yana səfər matçları deyəndə ağla “Milli Dəstə” gəlir. Xaricdə təhsil alan gənclərdən qurulmuş azad azarkeş qrupunun üzvləri yığmanın və klubların xaricdəki qarşılaşmalarında tribunadakı yerini tutur. Bəzən sayları çox olur, bəzən də az. İstənilən halda, varlıqlarını göstərməyə çalışırlar.
Maraqlıdı, “İnter” və “Zirə”nin səfər görüşləriylə bağlı planları necədi? İyunun 29-da Serbiyada “Mladost” – “İnter”, bir həftə sonra Lüksemburqda “Differdanj” – “Zirə” oyunları üçün fikirləri nədi? Bu sualla “Milli Dəstə”nın fəalı Şamil Mustafayevə müraciət etdik: “İnanın, iyulun 6-sı tarixini eşidəndə başıma sanki qaynar su tökdülər. Lüksemburq yaşadığım Hollandiyaya yaxın ölkədi. Aramızda 280 kilometr məsafə var. Fikirləşirdim ki, getmək problem deyil. Amma həmin gün saat 1-də diplom işimin təqdimetməsinə düşür. Olduqca vacib gündü mənim üçün. Ona görə də çıxılmaz vəziyyətdə qalmışam. Reyslərə baxdım, avtobus və qatar yoxdu. Ümidim qalır yol maşınlarına. Təqdimetmədən çıxan kimi maşına otursam, oyuna çataram. Qarşıda 3-4 gün vaxtımız var. Təxminən 4 saatlıq yoldu. Maşın tapsam, 100 faiz gedəcəm. Özüm olmasam belə, başqa ölkələrdə yaşayan üzvlərimiz yollana bilər. Özləri ilə də danışacam. Matçı canlı izləmək istəyən üzvlərimizi biletlə təmin edəcəyik. Qərbi Avropadakı oyunları izləmək daha asandı. Bizə yaxın düşür. İlk mərhələdə bir az qarışıqlıq oldu. İkinci mərhələdən etibarən təmsilçilərimizin bütün səfər oyunlarına gedəcəyik. İşimi də buna uyğun quracam”.
“Milli Dəstə”nin Serbiya səfəri isə alınmayacaq. Səbəbini Şamil bəydən eşidin: “Serbiyaya getmək də planda var idi. Təəssüf ki, ucuz təyyarə bileti tapa bilmədik. Gediş-gəliş üçün ən ucuz qiymət 200 avrodu. Bunun üzərinə digər xərcləri də gələndə 300 avro edir. Niş və Belqrad istiqamətlərinə olan bütün reyslərə baxdım. “WizzAir” belə bir istiqamətə 100 avrodan ucuz uçmur. Tələbə üçün 300 avronun nə olduğunu bizdən yaxşı bilirsiz. Fikrimin “maliyyəmiz yoxdu, ağlayırıq” anlamında başa düşülməsini istəmirəm. Sadəcə, soruşursuz, mən də olanı deyirəm ki, insanlar başqa cür, yaxud klublara ayrı-seçkilik kimi başa düşməsinlər. Halbuki serb azarkeşlərin hansı bacarığa sahib olduğunu bildiyim üçün əks tribunada onlarla rəqib qismində oturmağı arzulayırdım. Təəssüf ki, “İnter”i dəstəkləyə bilməyəcəyik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR