Namik daha bir "sarı" alsa, Vüsalla qarşılaşa bilməyəcək

15.03.2022 21:30 674
Aktual
"Bursaspor"da forma geyinən Namik Ələskərov sarı vərəqə limitindədi.

Futbolçunun hazırda 3 xəbərdarlığı var. Həmyerlimiz 1-ci liqanın 29-cu turunda - "Balıkəsirspor"la matçda sarı vərəqə alacağı təqdirdə cəzalı duruma düşəcək. Belədə Namik 30-cu turda Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Keçiörengücü" ilə qarşılaşmanı buraxmalı olacaq.