Həftənin oyunçusu adına namizədlər bəlli oldu

10.03.2022 12:50 412
Dünya futbolu
Çempionlar Liqasında 1/8 final mərhələsindən sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.

Siyahıda Robert Levandovski (Bavariya), Kərim Benzema (Real), Fernandinyo (Mançester Siti) və Milan Şkrinyar (İnter) yer alıb. Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.