AFFA-nın futzal üzrə əlaqələndirici Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda qurumun rəsmi saytı xəbər yayıb.
UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada keçiriləcək LASK (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.