Valeri Karpin “Rostov”la danışıq aparır.
Rusiya yığmasının baş məşqçisi bu klubun rəhbərliyi ilə mümkün əməkdaşlığı müzakirə edir. Tərəflər razılığa gələcəyi halda 53 yaşlı mütəxəssis yenidən “Rostov”a başçılıq edəcək. Xatırladaq ki, o, 2017-21-ci illərdə rostovluları çalışdırandan sonra yığmaya təyinat alıb.
Ancaq Karpin milli komandadan getməyəcək. FİFA və UEFA-nın Ukrayna ilə müharibəyə görə Rusiya yığmasını beynəlxalq yarışlardan kənarlaşdırması onda əvvəlki komandasına maraq oyadıb.