“Arsenal”ın oyunçuları daha çox qazanmaq üçün böyük fürsət yaxalayıblar.
Komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı halda futbolçulara bonuslar ödəniləcək. “Daily Mail” qəzetinin məlumatına görə, London klubu ölkə çempionatını ilk “4-lük”də başa vuracağı təqdirdə pul mükafatının və telemüqavilə üzrə gəlirlərinin əhəmiyyətli hissəsini oyunçularına ayıracaq. Bonuslar oyunçulara fərdi prinsiplə veriləcək. Bir nəfərə düşəcək maksimum bonus məbləği 500 min funt sterlinq olacaq.
ÇL-ə vəsiqə qazanılacağı halda növbəti mövsümdən bir neçə futbolçunun maaşı artırılacaq. Buna isə bəzi oyunçularla imzalanan müqavilədə bununla bağlı bəndin olması imkan verəcək.
Qeyd edək ki, “Arsenal” hazırda premyer-liqada 25 oyuna 48 xalla 4-cü yeri tutur.