“Yuventus”da fevralın ən yaxşı oyunçusu müəyyənləşib.
İtaliya klubunun saytının xəbərinə görə, bu nominasiyada Duşan Vlahoviç qalib gəlib. O, azarkeşlər arasında keçirilən səsvermədə 1-ci yeri tutub.
Serbiyalı hücumçu “Yuventus”a yanvarda “Fiorentina”dan transfer olunub. Duşanın fevralda meydana çıxdığı 6 oyunda 4 qol vurduğunu da bildirək.