“Mançester Yunayted”in yayda yeni oyunçulara nə qədər xərcləməyi planlaşdırdığı məlum olub.
Rəhbərlik qarşıdakı “transfer pəncərəsi” üçün ayıracağı ilkin maliyyə vəsaitini müəyyən edib. “The Telegraph” qəzetinin məlumatına görə, İngiltərə klubu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı halda yeni oyunçular üçün 80 milyon funt sterlinq xərcləməyi planlaşdırır. Bu baş verməsə, yəni MY ən gəlirli avrokubokda çıxışını təmin edə bilməsə, yay transferləri üçün büdcə 50 milyon funt sterlinqə qədər azalacaq.
Qeyd edək ki, komanda hazırda premyer-liqanın turnir cədvəlində 28 oyuna 47 xalla 5-ci yerdədi. ÇL-ə vəsiqə qazanmaq üçün isə ən pis halda 4-cü yeri tutmaq, ya da bu mövsüm ən nüfuzlu klub turnirində qalib gəlmək tələb olunur.