"Formula 1" Emiliya-Romanya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub. İmola trası bu il yarışın dördüncü mərhələsinə (22 - 24 aprel) ev sahibliyi edəcək.