İngiltərə çempionatında 28-ci turun oyunları keçirilib.
"Tottenhem" "Liverpul"la qarşılaşıb - 5:0. Görüş "mahmızlar"ın heyətində çıxış edən Harri Keyn üçün əlamətdar olub. Matçda dubl edən futbolçu ən yaxşı bombardirlərin siyahısında mövqeyini yaxşılaşdırıb. Hücumçu qollarının sayını 176-ya çatdırıb. Sıralamada 6-cı pilləyə yüksələn forvard Fransa millisinin və "Arsenal"ın əfsanəvi futbolçusu Tyerri Anrini (175 qol) geridə qoyub.