“Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Premyer-liqanın 18-ci turunda "Qarabağ"la oyunda zədələnən Omar Haninin durumuna müayinədən sonra tam aydınlıq gələcək.
Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədi. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.
Qeyd edək ki, "Qəbələ" 19-cu turda "Zirə" ilə qarşılaşacaq.