Rumıniya yığmasının sabiq hücumçusu yeni təyinat alıb.
Adrian Mutu bundan sonra “Rapid”i çalışdıracaq. Onun Buxarest klubu ilə imzaladığı müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Mutunun sonuncu iş yeri Krayova “Universitatya”sı olub. 43 yaşlı məşqçi daha əvvəl ölkəsində “Voluntari”ni, Rumıniyanın U-21 yığmasını və “Əl-Vəhdə”ni (BƏƏ) çalışdırıb.