“Şalke-04” rəhbərliyi baş məşqçi Dimitrios Qrammozisi istefaya göndərib.
Klubun mətbuat xidmətinin məlumatında 43 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. Yunan məşqçinin “Şalke-04” ilə sözləşməsinin müddəti bu mövsümün sonuna qədər idi. Qrammozis komandanı ötən ilin martından çalışdırırdı.
Onun istefasına 2-ci bundesliqanın son turunda “Hanza”ya 3:4 hesablı məğlubiyyət rəvac verib. Komanda hazırda turnir cədvəlində 25 oyuna 41 xalla 6-cı yeri tutur.