Azərbaycanın 3 yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.
63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/4 final mərhələsində israilli Abere Feteneyə qalib gəlib. 77 kq-dakı Xasay Həsənli bolqar Martin Dimitrovu, ardınca macar Kriştofer Klanyini məğlubiyyətə uğradıb. Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb. 130 kq-dakı Sərxan Məmmədov isə 1/4 finalda çexiyalı Marsel Albini ilə dueldən qalib ayrılıb. Babaşov finala gedən yolda bolqar İlya Mustakovla, Həsənli serbiyalı Aleksa İliçlə, Məmmədov türkiyəli Fatih Bozkurtla görüşəcək.