Son vaxtlar Cessi Linqardın bəxti heç gətirmir.
“Mançester Yunayted”in oyunlarında arabir görünən yarımmüdafiəçi ziyana düşüb. Onun villası qarət edilib. “San” qəzetinin yaydığı xəbərə görə, villadan təxminən 120 min avro dəyərində olan paltar və zinət əşyaları yoxa çıxıb.