İtaliya çempionatının 28-ci turunun mərkəzi oyunundan sonra “Napoli” və “Milan”ın şərikli liderliyi pozulub.
“Napoli”ni səfərdə Olivye Jirunun yeganə qolu ilə məğlub edən “Milan” vahid liderliyi ələ alıb. Ötən il dekabrın 19-da öz meydanındakı minimalhesablı məğlubiyyətin əvəzini çıxan Stefano Pyolinin komandası 1981-ci ili xatırladıb.
Belə ki, “Milan” son 41 ildə ilk dəfə Neapolda ardıcıl iki qələbə qazanıb. Lombardiya klubu 2020/21 mövsümündə “Napoli”yə səfərdə 3:1 hesabı ilə qalib gəlmişdi.