“Səbail” premyer-liqada səfərdə 100-cü qolunu buraxıb.
Bu topa “Neftçi”nin futbolçusu Azər Salahlı imza atıb.
0:2 hesabı ilə uduzan “dənizçilər” 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü. 18-ci turun qarşılaşmasında bu rəqəm 100-ə çatıb
“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb. Antirekord “Turan”a məxsusdu. Tovuz klubu 432 qol buraxıb.