İngiltərə çempionatında 28-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Mançester Yunayted" "Mançester Siti" ilə üz-üzə gəlib - 1:4. “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik Kristiano Ronaldonun zədəsindən danışıb.
“Tibb şöbəmə etibar etməliyəm. Həkim cümə günü səhər məşqdən əvvəl yanıma gəldi və Ronaldonun bir növ omba probleminə görə məşq edə bilməyəcəyini söylədi. Eyni hadisə şənbə günü də baş verdi. Bu, sadəcə bir faktdı. Oyunçular zədəli olduqlarını və oynaya bilməyəcəklərini həkimə və tibb şöbəsinə bildirirlər. Bir məşqçi kimi bunu qəbul etməliyəm. Bir futbolçu zədəsi olduğunu düşünsə, onu oynamağa məcbur edə bilmərəm”.