İspaniya çempionatında 27-ci turun oyunları keçirilib.
"Real" "Real Sosyedad"la qarşılaşıb - 4:1. Bu görüş Kərim Benzema üçün əlamətdar olub. Hücumçu qarşılaşmada 1 qol vurub və 1 qolun ötürməsini verib. Beləliklə, o, 100-cü qol ötürməsini edib. Bununla da Benzema 21-ci əsrdə belə nəticəyə çatan 3-cü futbolçu olub. Rekord göstərici 192 ötürmə ilə "Barselona"nın sabiq oyunçusu Lionel Messi məxsusdu. Müdafiəçisi Dani Alveş isə 103 ötürmə ilə ikincidi.