Zinəddin Zidanın PSJ-nin maraq dairəsində olması çoxlarına məlumdu.
Klubun sahibi, Qətər əmiri Tamim bin Həməd Əl-Tani fransalı mütəxəssislə müntəzəm danışıqlar aparır. Bu barədə “Foot Mercato” məlumat yayıb. Əl-Tani komandanı 49 yaşlı məşqçinin çalışdırmasını istəyir. Lakin “Foot Mercato”nun xəbərində PSJ-nin idman direktoru Leonardonun Zidanla işləmək istəmədiyi də qeyd olunub. Maraqlıdı ki, bir müddət əvvəl Zidanın da Leonardo ilə bir yerdə çalışmaq niyyətində olmadığı iddia edilmişdi.
Qeyd edək ki, hazırda PSJ-ni çalışdıran Maurisio Poçettinonun mövsümün sonunda vəzifəsini tərk etmək ehtimalı çox yüksəkdi. Zidana gəlincə, onun sonuncu iş yeri olan “Real”dan 2021-ci ilin yayında ayrıldığını xatırladaq.