İngiltərə premyer-liqasında fevral ayının ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
Nominantların sırasına Yürgen Klopp (Liverpul), Mikel Arteta (Arsenal), Eddi Hau (Nyukasl) və Ralf Hazenhüttl (Sauthempton) düşüb. Xatırladaq ki, “Liverpul” ötən ay İngiltərə çempionatında 4 oyunda, “Arsenal” 3 oyunda maksimum nəticə göstərib. “Nyukasl” və “Sauthempton”un 4 matçdakı göstəriciləri isə belə olub: 3 qələbə, 1 heç-heçə. Premyer-liqada fevralın ən yaxşı məşqçisi azarkeşlərin səsləri və ekspertlərin rəyi əsasında martın 7-də müəyyənləşəcək.