“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Bu dəfəki müsahibimiz “Sabah” Futbol Akademiyasının məşqçisi Araz Bağırovdu. Peşəkar futbolçu kimi “Xəzər Universiteti”, “Bakılı”, MOİK, “Turan Tovuz” və digər klubların formasını geyinən Araz Bağırov karyerasını bir qədər erkən - 29 yaşında bitirib və artıq 10 ilə yaxındı ki, məşqçiliklə məşğuldu. İlk iş yeri “Rəvan”ın U-12 komandası olub. Yarım ildən sonra “Qarabağ”ın U-19 komandasının o vaxtkı baş məşqçisi Zaur Həşimov Bağırovu yanına dəvət edib və burada köməkçi məşqçi kimi çalışıb. Ardınca baş məşqçilik başlayıb. “Qarabağ”da 2004-cü il təvəllüdlü futbolçularla işləyən həmsöhbətimizə 1 ildən sonra 2006-cı il təvəllüdlü futbolçular tapşırılıb. 4 il uşaqlara futbol dərsi keçən Araz müəllim əməyinin bəhrəsini illər sonra görüb. Onu müsahib seçməyimizin səbəbi də “bəhrə” ilə bağlıdır. Beləki U-16 millimizin son taplınışına A.Bağırovun komandasında 7 futbolçu cəlb olunub. U-17 millimizdə də Araz Bağırovun 8 yetirməsi çıxış edir.

“Keyfiyyətsiz meydanlar uşaqların sağlamlığına böyük zərbə vurur”


- “Qarabağ”da 2006-cı il təvəllüdlü uşaqları götürəndə U-11 liqasında çıxış edirdilər. U-15 liqasına kimi onlarla işlədim. Ötən il keçmiş komandamdan 8 futbolçunu Aqil Nəbiyev U-16 millisinə çağırdı. Bu, mənim üçün böyük fəxr idi. 4 il əvvəl “Gənclik”də futbola başlayanda bu uşaqları təbii ki, heç kim tanımırdı. Əziyyətim hədər getmədi və bu gün 8 yetirməmin milliyə davamiyyətli dəvət alması, hamısının ilk xarici səfərə getməsi məni çox qürurlandırmışdı. Ystəlik çalışdırdığım komandadan daha 7 futbolçunun milli forma geyinməsi mənim üçün böyük uğurdu. Bir faktı da misal gətirim, “Qarabağ”da sözügedən futbolçular U-16 Liqasında iştirak etməli olduqlar halda, Səttar Əliyev əksəriyyətini “Qarabağ”ın U-19 komandasında oynadır. Yeri gəlmişkən, “Qarabağ”dakı “səkkizlik”dən Musa Məmmədov 16 yaşında olmasına baxmayaraq, “Qarabağ” əsas komandası ilə qış toplanışında iştirak etdi. Bu da futbolçunun potensialından xəbər verir. Musanın “Qarabağ”a gəlişinin, futbolçu kimi yetişməsinin səbəbkarı mənəm. Onu ilk dəfə “Dalğa Arena”da görmüşdüm. O vaxt “Təhsil”də oynayırdı. Koordinatorumuz Borçe Xristova Musa haqqında məlumat verdim, komandama gətirmək istədiyimi bildirdim. Amma işlərin çox olduğunu, “Qarabağ”ın avrokuboklarda, U-19 komandasının Çempionlar Liqasında çıxış etdiyini əsas gətirərək, transferi bir qədər ertələməyi məsləhət gördü. Amma uşaq əldən çıxa bilərdi. İnanırsız, Musanı itirməmək üçün “Təhsil”in rəhbərliyi, atası ilə danışdım, razılıqlarını aldım. Musa naxçıvanlıdı, Bakıda evləri yox idi. 20 gün Musanı öz evimdə saxladım ki, əldən çıxmasın. Daha sonra Rəşad Sadıqovun köməkliyi ilə “Ruslan-93”də ona yer ayrıldı. Və bu həmin Musa əsas komandanın toplanışına çağırılır…

- “Qarabağ”dın ayrılmağının səbəbləri nə idi?

- Müəyyən fikir ayrılıqları oldu. Həmin hərəfədə də “Sabah”dan dəvət gəldi və qəbul etdim. U-15 komandasının baş məşqçisiyəm.

- Deyəsən, futbolçu yetişdirmək yönündə “Qarabağ”da gördüyünüz işi burada da davam etdirə bilirsiz…



- Komandamda istedadlı futbolçular var. “B” qrupunun lideriyik. Özü də məğlubiyyətsiz. Amma nəticə mənim üçün o qədər də əhəmiyyətli deyil. Komanda qalib gəlməsə də, mükafatçılar sırasına düşməsə də olar. Əsas uşaqların düzgün futbol oynamasıdı. Əslində, bunu sözdə hamı deyir ki, əsas nəticə deyil, əsas futbolu yetişdirməkdir. Amma görünən budur ki, əksər akademiyalarda məşqçilər nəticə verməyə can atırlar. Bunu işlərini itirmələrindən qorxduqları üçün edirlər. “Sabah”ın akademiyasında belə problem yoxdu. Bizim üçün nəticədən çox, yuxarı yaş qruplarına, ən əsası əsas komanda ya futbolçu hazırlamaqdır. Bayaq qeyd etdik, U-16 millisinin son toplanışına komandamın 7 üzvü cəlb olunub. Bu, kiçik rəqəm deyil. Millinin baş məşqçisi Füzuli Məmmədov futbolçularımızın düzgün futbol oynamasından razılıq edir. Bu, yüz çempionluğa dəyər. Bundan başqa 2 futbolçumuz var, hansılar ki, 2008 və 2009-cu il təvəllüdlüdürlər. Həzrət Səmədovun 14, İbrahim Xəlilovun isə 13 yaşı var. Hər ikisi istedadlı uşaqlardır və şübhə etmirəm, U-15 milli komandasına düşəcəklər. Bu uşaqların demək olar ki, 70 faizi mənimlə eyni vaxtda “Sabah”a gəliblər. “Böyük futbol”a bir yerdə başlamışıq. Fikrimi daha dəqiq ifadə etsəm, ilk dəfə mənim rəhbərliyim altında “11-11-ə” oynayıblar. Buna kimi 7 və 9 nəfərlik komandalarda “kiçik futbol” oynayırdılar. Əgər bu gün komandamdan 7 futbolçu milliyə cəlb olunursa, deməli, işimizi düz qurmuşuq, zəhmətimiz hədər getmir.

- Uşaq futbolunda bir məşqçinin uğur qazanması üçün futbol biliyindən başqa daha nələrə sahib olması vacibdir?

- Əlbəttə, savad ən vacib amillərdən biridir. Fikrimcə, uşaq futbolunda işləyən məşqçilər savaddan da daha çox yaxşı psixoloq olmalıdı. Uşaqlar eyni deyil, həm meydanda, həm də adi həyatda fərqli psixologiyaya malikdir. Məşqçi hər bir uşağa fərqli yanaşmalıdı, loru dildə desəm, “damarını tutmalıdı”. Əgər bunu bacardınsa, deməli, uşaq artıq sənindir, onu qazandın. Uşaq məşqçiyə inanmalı, ona valideyni kimi hörmət etməlidi. Valideyn övladını səhvə görə tənbeh edir. Amma tənbehin də dərəcəsi var. Liqalarda bəzi məşqçilərin davranışını görəndə təəssüf hissi keçirirəm. Futbolçunu səhvə görə tənbeh bir yana, hətta təhqir edənlərlə də rastlaşıram. Olmaz! Uşaqlarda şəxsiyyətdirlər və kimsə onların şəxsiyyətini alçatmamalıdı. Şadam ki, bu günə kimi heç bir uşağı incik salmamışam, özümü onlara sevdirə bilmişəm. Bunu nədən hiss edirəm? Uşaqların mənə olan münasibətlərindən, valideynlərin razılığından.

- Valideynlərdən söz düşmüşkən, özünü sizə “sevdirmək» istəyən valideynlər çoxdur?

- Valideynlərdən uzaq durmağa çalışıram. Mənə görə valideynlə məşqçi nə qədər az ünsiyyətdə olsa, bir o qədər yaxşıdır. “Qarabağ”da da, “Sabah”da da bu mənada işlər yaxşı qurulub. Belə bir misal çəkim. Şagird 11 il məktəbdə təhsil alır. Heç valideynin dərsdə iştirak etdiyini, müəllimə dərsi necə keçməsini öyrətdiyini görmüsünüz? Valideyn uşağı haqqında məlumatı müəllimlərdən valideyn iclaslarında aldığı kimi, dərslərdə iştirak etmədiyi kimi futbolda da məşqlərdə olmamalıdı, məşqçi ilə hər gün deyil, ayda 1-2 dəfə ünsiyyətdə olmalıdı. Üstəlik, ünsiyyət zamanı klubun hər hansı nümayəndəsinin, yəni, 3-cü şəxsin iştirakını vacib sayıram. Yoxsa, söz-söhbətlər yarana bilər. Valideynin məşqi izləməsini, övladına nəyisə deməsini dorğu saymıram. Hətta futbolu bilən valideyn olsa belə. Qısası, valideyn övladını məktəbə etibar etdiyi kimi, məşqçiyə də etibar etməlidi. Dəfələrlə bu cür hallarla rastlaşmışam. Uşağın ata-anası mənimlə münasibət qurmağa, yaxınlıq etməyə cəhd edib. İmkan verməmişəm. Tapşırıqla, rüşvətlə futbol oynayan uşaqdan futbolçu çıxmaz. Bir misal da çəkəcəm, qardaşım Azər Bağırov bir neçə dəfə məndən xahiş edib ki, filan uşağı yoxla. Komandana götür yox, məhz yoxla. İmtina etmişəm. Bunun üçün akademiyada səlahiyyətli şəxslər var, onlar bu işlə məşğuldurlar. Amma istisnalar da var. Məsələn, valideyn mənə müraciət edib ki, övladı təhsilinə fikir vermir və ya davranışında problemlər var. Belə məqamda valideynlə ünsüyyət qurmaq vacibdir. Uşaqla profilaktik söhbətlər aparmışıq, təhsilin, davranışın vacib olduğunu izah etmişik. Uşağı nə iləsə qorxutmaq olmaz, ona səhv yolda olduğunu başa salmaq lazımdır. Həmişə də sonda məqsədimizə çatmışıq.

- Layihə istiqamətində həmsöhbətimiz olan demək olan ki, bütün məşqçilərə bu suallı ünvanlamışıq, oxşar cavablar almışıq. Sizin fikrinizcə, uşaq futbolumuzda əsas problemlər hansılardır?

- Bayaq haqqında danışdığım valideyn-məşqçi münasibətldəri uşaq futbolunda ən böyük problemlərdən biridir. Amma birinci problem kimi, savadlı kadr çatışmazlığını göstərərdim. Aşağı yaş komandalarda hərdən elə məşqçilərlə rastlaşıram ki, nə savadı var, nə bacarığı. Sadəcə, kiminsə, nəyinsə hesabına işlə təmin olunublar. Bu da uşaqların futbolçu kimi yetişməsinə böyük ölçüdə ziyan vurur. Digər problem infrastrukturla bağlıdır. Uşaqların keyfiyyətsiz meydanlarda məşq etmələri, oynamaları onların sağlamlığına böyük zərbə vurur, zamanla onların ağır zədələr almalarına, hətta futbol atmalarına səbəb olur. Başqa bir arzuolunmaz məqam var ki, onu da deməliyəm - bəzi məşqçilər öz komandalarının uşaqlarına fərdi, özü də ödənişli məşqlər keçir. Bu, yolverilməzdi! Əgər uşağa fərdi məşq vacibdirsə, bunu akademiyalarda koordinatorlar var, məşqlər onların nəzarəti altında olmalıdı, özü də ödənişsiz. Sual verə bilərsiniz, özüm fərdi məşq keçmişəm? Bəli, keçmişəm. Amma maddi qarşılıqsız. Sırf həmin uşağa kömək olmaq üçün bunu etmişəm. Özü də uşaqların yay tətili günlərində, onların və özümün futbolsuz qalmamağımız üçün. Daha bir məqama diqqət yetirmək lazımdır. Çox istərdim ki, klubların əsas komandaları akademiyadakı bacarıqlı, savadlı, perspektivli məşqçilərə zaman-zaman məşqlərində iştirak etmələrinə şans versinlər. Komandanın toplanışında və ya hansına mərhələdə akademiyadakı məşqçilər məşqlərdə iştirak etsələr, bu onlar üçün böyük təcrübə olar. Orada qazanılar təcrübənin, biliyin müəyyən hissəsini öz komandamızda tətbiq etsək, bunun nəyi pisdir ki? Uşaq futboluna, ümumilikdə ölkə futboluna xeyir vermiş olarıq.



İLKİN SULTANLI

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

"Futbolçular özlərini peşəkar və soyuqqanlı apardılar” - Qurban Qurbanov

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

Bütün xəbərlər