Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə sabiq çempionu Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına salınıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda UFC-nin rəsmi saytıxəbər yayıb. 34 yaşlı idmançı adı bura daxil edilən ilk Rusiya təmsilçisi olub.
Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.