Dünən Azərbaycan premyer-liqasının 18-ci turunda “Neftçi” doğma meydanda “Səbail”lə qarşılaşıb.
Görüş 2:0 hesabı ilə flaqmanın xeyrinə başa çatıb.
Matç zamanı “ağ-qaralar”ın bir futbolçusu zədələnib. Söhbət Xəyal Nəcəfovdan gedir. Yarımmüdafiəçinin zədəsi olduqca ciddidi. Bu məlumatı “Neftçi”nin baş məşqçisi Samir Abasov verib.
O, oyundan sonra keçirilən mətbuat konfransında futbolçusunun zədəsinin ciddi olduğunu, uzan müddət sıradan çıxacağını bildirib.