Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (APFLA) Rusiya Premyer-Liqasını (RPL) bu təşkilatın üzvlüyündən çıxarıb.
Bu barədə APFLA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İdarə Heyəti RPL-i üzvlükdən çıxarmaq qərarına gəlib. Qərar həmçinin Rusiya çempionatının 2-ci divizionu olan Milli Futbol Liqasına da şamil olunub.
Qeyd edək ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.