İtaliya A seriyasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Bu nominasiyada “Napoli”nin baş məşqçisi Luçano Spalletti qalib gəlib. O, bu mövsüm ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilib. Qeyd edək ki, “Napoli” fevralda A seriyasında keçirdiyi 4 oyunda 2 qələbə qazanıb və 2 oyunu heç-heçə başa vurub.