“Barselona” heyətinə daha bir futbolçu cəlb edib.
İspaniya klubunun mətbuat xidmətinin məlumatında Pablo Torre ilə 5 illik müqavilə üçün razılığı əldə edildiyi bildirilib. La Liqa klubu bu keçidə görə “Rasinq”ə 5 milyon avro ödəyəcək. 18 yaşlı yarımmüdafiəçi üçün yeni klubunda 100 milyon avro satış qiyməti müəyyən edilib.
Torre bu mövsümün sonunadək “Rasinq”də çıxış edəcək. O, “Barselona”ya gəldikdən sonra əvvəlcə klubun ikinci komandasında oynayacaq.