Premyer-liqanın 17-ci turunda, paytaxt derbisində “Zirə” səfərdə “Səbail”i məğlub etdi - 1:0.
Qarşılaşma başlamamış öncə maraqlı hadisə yaşandı. “Dənizçilər”in yeni transferi Tural Bayramlı Rəşad Sadıqovla xüsusi görüşüb, söhbət etdi. Yarımmüdafiəçi ilə əlaqə saxlayıb, bunun səbəbini soruşduq. Tural məsələyə belə münasibət bildirdi:
“Rəşad Sadıqov karyeramın inkişafında mənə çox şey verib. “Zirə”nin məşqçisi Eltun müəllim də dəstək olub. Həmişə üzərimdə çalışıblar. Onların inkişafımda haqları var. “Zirə”dən mehribanlıqla ayrılmışdım. Yunanıstanda olarkən “qartallar”ın məşqçlər korpusu ilə əlaqə saxlayırdım. Çoxdan Rəşad Sadıqovla görüşmürdük deyə, bu cür isti salamlaşdıq”.