"Axmat"ın ukraynalı futbolçusu Artom Polyaros komandadan ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, oyunçu ailə məsələlərinə görə sözləşməsinin ləğvini istəyib. Çeçenistan təmsilçisi Polyaros ilə razılaşıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya olan hərbi təcavüzü nəticəsində bir neçə futbolçu Rusiyanı tərk edib.