Ağır Atletika Federasiyasının idarə heyəti Qazaxda atletlərlə görüşüb.
Görüşdə müxtəlif kəndlərdən olan idmançıların məşqi izlənilib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. Ağırlıqqaldıranların məşq etdiyi zalların durumu, idmançıların hazırlıq səviyyəsi, bu idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.