Millimiz Millətlər Liqasının seçmə mərhələsində Belarusla səfər oyununu neytral meydanda keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda UEFA-nın rəsmi saytı xəbər yayıb. Qurumun İntizam Komitəsinin qəbul etdiyi qərara görə, Belarus millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.
Qeyd edək ki, komandamız sözügedən turnirdə C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq.