“Çelsi”nin oyunçusu Andreas Kristensen ilə bağlı yeni xəbər yayılıb.
Rəhbərliklə yeni müqavilə üzrə anlaşa bilməyən müdafiəçi “Barselona” ilə anlaşıb. Bunu tanınmış jurnalist Fabritsio Romano iddia edir. O, danimarkalı futbolçunun İspaniya klubuna yayda azad agent kimi yollanacağını bildirib.
Andreas bu mövsüm “Çelsi”nin formasında 26 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, London klubunun yetirməsidi.