Martın 1-də İtaliya kubokunun ilk yarımfinal oyununda Milan derbisinin həyəcanı yaşanıb.
“Milan” əzəli rəqibi “İnter”lə matçda nominal ev sahibi statusundan yararlana bilməyib: Stefano Pyolinin komandası bir qədər üstün oyun sərgiləsə də, sonda qolsuz heç-heçəyə razılaşıb. Bu azmış kimi, “Milan” zədə üzündən aparıcı müdafiəçilərdən Alessio Romanyolini də itirib.
26-cı dəqiqədə sol ayağını tutaraq meydanı tərk edən futbolçunun ölkə çempionatında bazar günü keçiriləcək “Napoli” ilə vacib oyunda iştirakının mümkün olmadığı açıqlanıb.