Nəhayət, Yürgen Klopp “Liverpul”da 7 illik sindroma son qoyub.
İngiltərə kubokunun 1/8 finalının “Norviç” ilə oyunu baş məşqçi üçün əlamıtdar olub. Mersisaydlılar rəqibini 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəliblər. Bununla da komanda Kloppun başçılığı altında ilk dəfə turnirin 1/4 finalına vəsiqə qazanıb.
“Liverpul” bu mərhələdə sonuncu dəfə 2015-ci ilin aprelində Brendan Rocersin rəhbərliyi altında oynayıb. Klopp isə komandanı həmin ilin oktyabrından çalışdırır.