
Dünya futbolu
94
3.03.2022, 18:15
''Səviyyə baxımından Messi və Ronaldodan geri qalmıram''
''Adana Dəmirspor''un italiyalı ulduzu Mario Balotelli karyerası, eləcə də Lionel Messi ve Kriştiano Ronaldo haqda diqqətçəkən açıqlamalar verib.
''Mançester Siti''də komanda yoldaşı olmuş Nedum Onuohanın ''yutub'' kanalının qonağı olan Balotelli bunları deyib:
''indi əsas hədəfim İtaliya yığmasına DÇ-yə vəsiqə qazanmağa yardım etmək və ''Adana Dəmirspor''la Türkiyə çempionatını ilk ''3-lük''də tamamlamaqdı. Asan olmayacağını bilirəm. Amma bu hədəflərə çatmağa çalışacam. Ən böyük arzum yığmada yer almaqdı. Mənim yığmaya çağırılmağım normaldı. Çağırılmamağım isə normal deyildi. Hərçənd son illər ''Breşia'' və ''Montsa''dakı dönəmim mənim üçün asan keçmədi. Tez-tez zədələnirdim. Amma indi hər şey qaydasındadı və inanıram ki, bu aydakı matçlarda yığmanın heyətində olacam. Karyeramla bağlı ən böyük peşmanlığım ''Mançester Siti''dən ayrılmağımdı. İndi geriyə boylananda görürəm ki, bu, yanlış addım idi. Çünki ''Siti'' inkişaf etməkdə olan klub idi. Mən də Aquero kimi uzun illər orda qalmalı idim. Qalsaydım, bəlkə də ''Qızıl top'' da qazanardım. ''Milan''a keçdikdən sonra orda ilk ilyarımda yaxşı təsir bağışladım. Amma sonra bəzi problemlər yaşamağa başladım. Səviyyə baxımından Messi ve Ronaldodan geri qaldığımı düşünmürəm. Sadəcə əlimə düşən fürsətləri qaçırdım. Ümumi götürəndə özümü onlarla müqayisə etmirəm. Tək mən yox, heç kim müqayisə edə bilməz. Çünki biri beş dənə, digəri yeddi dənə ''Qızıl top'' qazanıb. Mən yalnız səviyyədən bəhs edirəm. Oyun səviyyəsi baxımından heç də onları qısqanmıram''.