Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı dəyişdirilib.
Qurum bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq. Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb. İnkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.