Bir müddət "Neftçi"nin formasını geyinən Kvame Karikari 2022-ci ildə ən çox qol vuran futbolçuların siyahısında yer alıb.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı xəbər yayıb. Hücumçu hazırda 7 qolla 27 - 44-cü pillələri bölüşdürür. Karikari Məhəmməd Salah, Sadio Mane və Harri Keynlə eyni sayda qol vurub.
Qeyd edək ki, forvard Taylandın "Naxonratçasima" klubunda forme geyinir.