“Mançester Yunayted”lə Ole Qunnar Sulşer arasındakı problem həllini tapıb. Klubun sabiq baş məşqçisinə təzminat ödənilib.
Yerli mənbələrin xəbərinə görə, norveçli mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə MY-dən təxminən 7 milyon funt sterlinq alıb. 49 yaşlı çalışdırıcının köməkçilərinə isə 3 milyon avro təzminat ödənilib.
Xatırladaq ki, Sulşer ötən ilin noyabrında istefaya göndərilmişdi. Onun yerinə təyinat alan Ralf Ranqnikin səlahiyyət müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.