Rusiyanın "Krasnodar" klubunun legionerləri məşqə çıxmaqdan imtina ediblər.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda "Championat" nəşri xəbər yayıb. Əcnəbi futbolçular Ukraynaya hərbi müdaxilə səbəbindən Kuban təmsilçisini tərk etmək istəyirlər. Onları bu qərarı verməyə polşalı yarımmüdafiəçi Qjeqoj Krıxovyak təşviq edib.
Qeyd edək ki. biraz əvvəl "Krasnodar"ın almaniyalı baş məşqçisi Danielı Farke istefa verdiyini açıqlayıb.