"Zenit"in ukarynalı futbolçusu Yaroslav Rakitski klubdan ayrılıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti xəbər yayıb. 32 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Rakitski 2019-cu ildən "Zenit"də çıxış edirdi.