''Mançester Yunayted''in heyətində mövsümə yaxşı başlamasına rəğmən son oyunlarda məhsuldarlığı aşağı düşdüyü üçün ciddi tənqid atəşinə tutulan Kriştiano Ronaldo dünən öz ''instaqram''ında açdığı canlı yayınla diqqət mərkəzinə düşdü.
Belə ki, bu sosial şəbəkədə 407 milyon izləyicisi olan portuqaliyalı superulduz əvvəlcə saunada çimdiyi, sonra da duşa girdiyi anlarda ''instaqram''da canlı yayın açdı. 37 yaşı olmasına rəğmən fiziki cəhətdən çox yaxşı görünən Ronaldonun bu qısa müddətli yayınını canlı olaraq 700 min, ümumilikdə isə 1 milyondan çox adam izlədi. Amma bu, heç də rekord göstərici deyil. ''İnstaqram''da canlı yayında olan izləyici sayında rekordu 2020-ci ilin mayında Acun Ilıcalı reallaşdırmışdı. Həmin vaxt ''Survivor''un iştirakçılarının yer aldığı yayını 3 milyondan çox adam təqib etmişdi. Ronaldonun bu mövsüm ''Yunayted''də 30 rəsmi oyunda 15 qol, 3 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.