Praqada keçiriləcək Açıq Avropa turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək.
Turnir 2 gün davam edəcək. Komandaya Rəşad Məmmədov başçılıq edəcək. Yarışda 6 idmançı mübarizə aparacaq. Bunlar Aydan Vəliyeva, Aişə Qurbanlı (hər ikisi 48), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayevadı (70 kq).
Qeyd edək ki, Açıq Avropa turnirində 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı mübarizə aparacaq.