Ümumdünya Atletikası (World Athletics) Rusiya və Belarus idmançılarına öz bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verməyib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna Rusiyanın Ukrayna ilə arasında olan hərbi vəziyyət səbəb olub. Atletlərlə yanaşı, yardımçı heyət və rəsmilər də beynəlxalq turnirlərdən kənarlaşdırılıb.