“Liverpul” bazar günü Liqa kubokunun finalında oynadığından bu komanda ilə lider “Mançester Siti” arasındakı xal fərqi yenə 6-ya çatdı.

Mançesterin digər təmsilçisi isə “Uotford”un müqavimətini qıra bilməsə də, 4-cü yerdə qaldı. Ancaq ehtiyatda 3 oyunu qalan “Arsenal” ÇL-ə vəsiqə uğrunda mübarizədə favoritdi. Hesabat turu “Tottenhem”in darmadağın etdiyi “Lids”in Marselo Byelsanı istefaya göndərməsi ilə də əlamətdar oldu. “Mahmızlar” həm də “Vulverhempton”un “Vest Hem”ə uduzması üzündən “avrokubok zonası”na qayıtdı.

MS “Everton”un ciddi müqaviməti ilə üzləşdi. Liderin ilk yarıdakı böyük ərazi üstünlüyü qol vəziyyətlərində əksini tapmadı. Lempardın komandası isə əks-hücumlarla rəqibə problem yaradırdı. Qvardiolanın komandası fasilədən sonra aqressivliyi artırdı və liverpullular çətinlik çəkməyə başladı. Pikford dəfələrlə komandasını qoldan xilas etdi. Xüsusən də De Bruyne ilə Silvanın zərbələrinə reaksiyası möhtəşəm idi. Ancaq “Everton” sona qədər dözə bilmədi. Silvanın sol cinahdan asmasından sonra Holdinqlə Kinqdən səkən top qapının 5 metrliyində dayanan Fodenə düşdü, o isə belə şansı əldən verə bilməzdi.

MY Ranqnik dönəmində, demək olar ki, uduzmasa da, qələbə qazanmaqda da çətinlik çəkir. “Uotford”la oyunda əzici ərazi üstünlüyünə malik mankunianlar yetərincə çox qol vəziyyəti yaratdı. Ronaldonun tora göndərdiyi top ofsayd üzündən qeydə alınmadı. 22 zərbədən 3-ü “çərçivə”yə getsə də, hesabı açmaq mümkün olmadı. “Qırmızı şeytanlar”ı irəlidə çətin təqvim – MS, “Tottenhem” və “Liverpul” ilə oyunlar gözləyir.
Həftəortası “Bernli”yə uduzan “Tottenhem” azarkeşlər önündə bəraət aldı. Düzdü, rəqib də münasib idi. “Lids” məğlubiyyətləri sıralamaqdadı. 19-cu turdan təxirə salınan oyunda “Liverpul”dan 6 cavabsız top buraxan komanda “Tottenhem”lə oyunda da miskin durumda idi. Kontenin komandası oyunu yüksək səviyyədə keçirdi. Debütdə hesabı açan Doherti 5 dəqiqə sonra Kulusevskiyə assistentlik etdi. Keyn 27-ci dəqiqədə fərqi artıranda artıq oyunun taleyi bəlli idi. Ədalət naminə “Lids”in intriqanı bərpa etmək şanslarının olduğunu da vurğulayaq. Meydan sahibləri iki dəfə topu qapı çatına vurdu, Dallas qeyri-adi şəkildə boş qapıya düşə bilmədi. 60-cı dəqiqədən sonra “Lids”in gücü tükəndi, bundan yararlanan Son Hın Min Keynin ötürməsindən sonra fərqi biabırçı həddə çatdırdı. “Lids” rəhbərliyi 2018-dən “sükan arxasında” olan argentinalı Byelsaya bu məğlubiyyəti bağışlamadı. Onun yerini amerikalı Cessi Marşın tutacağı gözlənilir.

Premyer-liqada bazar günü keçirilən yeganə oyunda avrokuboklara vəsiqə qazanmaq istəyən komandalar qarşılaşdı. “Vest Hem” – “Vulverhempton” oyununun taleyini Souçekin saatın tamamında vurduğu yeganə qol həll etdi. “Çəkicdöyənlər” bu qələbədən sonra MY-dən 2 xal geri qalır.
Cerrard noyabrda “Aston Villa”nın baş məşqçisi vəzifəsində məhz “Brayton”la oyunda debüt etmiş, komandası evdə 2:0 hesablı qələbə qazanmışdı. Komandaların növbəti oyununda da həmin nəticə təkrarlandı. İki cavabsız qol birmingemlilərin 3 oyunluq qələbəsiz seriyasını bitirdisə, “Brayton” ardıcıl 3-cü “quru” məğlubiyyətlə üzləşdi.

27-ci turda xüsusi hadisə yaşandı: AÇ-də baş verən hadisədən sonra 8 aya yaxın yaşıl meydanda görünməyən Eriksen “Brentford”da debüt etdi. Danimarkalı meydana 52-ci dəqiqədə çıxdı ki, həmin vaxta qədər “Nyukasl” artıq 2:0 öndə idi. Dasilvanın 11-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulduğunu nəzərə alsaq, “sağsağanlar”ın qələbəsi anlaşılandı. “Nyukasl” il dəyişəndən sonra yüksəlişdədi və artıq “təhlükəli zona”dan bir qədər uzaqlaşıb. “Bernli” də buna çalışır. Bir müddət əvvəl çempionşipə yuvarlanmağa məhkum görünən komanda son 3 turda 7 xal toplayıb. Şon Dayçın yetirmələri hesabat turunda “Kristal Pelas”la heç-heçə etdi. “Norviç”in qapısından iki cavabsız top keçirən “Sauthempton” isə məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırdı.

27-ci tur
Everton – Mançester Siti 0:1
Foden, 82. (40000)
MS: Ederson, Lyaport, Stounz, Diaş, Kanselo, De Bruyne, Rodri, Gündoğan (Mahrez, 77), Sterlinq (Jezus, 77), Foden, B.Silva.
Mançester Yunayted – Uotford 0:0
(72000)
MY: De Xea, Telles (Şou, 74), Varan, Lindelöf, Van-Bissaka, Fred (Sanço, 62), Matiç (Reşford, 74), Poqba, Fernandeş, Elanqa, K.Ronaldo.
Lids – Tottenhem 0:4
Doherti, 10. Kulusevski, 15. Keyn, 27. Son Hın Min, 86. (36599)
Tottenhem: Lyoris, Devis, Dayer, Romero, Doherti, Uinks, Heybyerq, Sessenyon (Emerson, 79), Son Hın Min (Skarlett, 87), Kulusevski (Berqveyn, 79), Keyn.
Sauthempton – Norviç 2:0
Adams, 36. Romeu, 88. (31182)
Brayton – Aston Villa 0:2
Keş, 17. Uotkins, 68. (31475)
Brentford – Nyukasl 0:2
Joelinton, 33. Uillok, 44. (17039)
Kristal Pelas – Bernli 1:1
Şlupp, 9 – Milivoyeviç, 46-öz qapısına. (24203)
Vest Hem – Vulverhempton 1:0
Souçek, 59. (50000)
“Arsenal” – “Liverpul”, “Çelsi” – “Lester” oyunları Liqa kubokunun finalına görə təxirə salınıb.
1. Mançester S. 27 21 3 3 64-17 66
2. Liverpul 26 18 6 2 70-20 60
3. Çelsi 25 14 8 3 49-18 50
4. Mançester Y. 27 13 8 6 44-34 47
5. Vest Hem 27 13 6 8 46-34 45
6. Arsenal 24 14 3 7 38-27 45
7. Tottenhem 25 13 3 9 35-32 42
8. Vulverhempton 26 12 4 10 24-21 40
9. Sauthempton 26 8 11 7 34-37 35
10. Brayton 26 7 12 7 25-30 33
11. Kristal Pelas 27 6 12 9 37-38 30
12. Aston Villa 25 9 3 13 33-37 30
13. Lester 23 7 6 10 37-43 27
14. Nyukasl 25 5 10 10 28-45 25
15. Brentford 27 6 6 15 27-44 24
16. Lids 26 5 8 13 29-60 23
17. Everton 24 6 4 14 28-41 22
18. Bernli 24 3 12 9 22-30 21
19. Uotford 26 5 4 17 25-47 19
20. Norviç 26 4 5 17 15-55 17
Bombardirlər: Salah (Liverpul) – 19, Jota (Liverpul) – 12, Mane (Liverpul) – 11.

Növbəti turun oyunları martın 5-7-si aralığında keçiriləcək: Lester – Lids, Aston Villa – Sauthempton, Bernli – Çelsi, Vulverhempton – Kristal Pelas, Norviç – Brentford, Nyukasl – Brayton, Liverpul – Vest Hem, Uotford – Arsenal, Mançester Siti – Mançester Yunayted, Tottenhem – Everton.

Faktlar
* “Tottenhem” cari mövsümdə 37 qolu Keyn – Son Hın Min tandemi sayəsində vurub. Bu isə turnirin rekordudu. Əvvəlki rekord “Çelsi” üçün 36 qol yaradan Droqba – Lempard tandeminə məxsus idi.
* Ronaldo bu il keçirdiyi 10 oyunda yalnız 1 qol vurub (“Brayton”un qapısına). Portuqaliyalı MY-yə dönəndən bəri keçirdiyi 30 oyunda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
* MY məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırdı. Mankunianlar sonuncu məğlubiyyəti yanvarın 3-də “Vulverhempton”dan alıb (0:1) və o vaxtdan bəri keçirdiyi 8 oyunun 4-də qələbə qazanıb, 4-də heç-heçə edib.
* “Uotford” ilk dəfə “Old Trafford”da qol buraxmadı. Komanda sonuncu dəfə 1985-in noyabrında MY-yə səfərdə uduzmağı bacarmamışdı.
* Yanvarın 31-də “sükan arxasına” keçən Lempardın dönəmində “Everton” meydana çıxdığı 4 oyunun 3-də uduzub, 1-də qalib gəlib (“Nyukasl” – 1:3, “Sauthempton” – 0:2, MS – 0:1, “Lids” – 2:0).

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Etiraf etmək lazımdı ki, həqiqətən vacib qələbə qazandıq. “Qudison Park”da oynamaq həmişə çətindi. Rəqib hücumçunu da müdafiəyə qoşursa, boş zonalar tapmaq çətinləşir. Fasilədə futbolçulara dedim ki, yaxşı oynayırlar, səbr etmək lazımdı, irəlidə imkanlar olacaq. Qələbə üçün hər şey etdik. “Liverpul”dan 6 xal öndə olsaq da, bir oyun artıq keçirmişik. 11 tur qalır, komanda ilə danışdıq ki, bütün oyunlarda qalib gəlmək lazımdı”.


Antonio Konte, “Tottenhem”in baş məşqçisi:

“Oyunun hər epizodunda ehtiras və mübarizə arzusu gördüm. Bu qələbə bizim üçün dönüş nöqtəsi olmalıdı. Nəyəsə iddia etmək istəyiriksə, futbol oynamaq, ondan ləzzət almaq azdı, qələbə də qazanmaq lazımdı. Komandalarım güclü olmalıdı. Mən burda yalnız futboldan ləzzət almaq üçün işləmirəm, bu klub üçün vacib adam olmaq istəyirəm. İstəyirəm ki, bu ətrafdakı hər kəsə aydın olsun”.


Ralf Ranqnik, MY-nin baş məşqçisi: “Hər şey etdik, yalnız qol vura bilmədik. Bu nəticəni qəbul etmək çətindi. Ancaq bu qədər imkanı boşa verirsənsə, qələbə mümkün deyil. Oyunun böyük bölümünə nəzarət etdik, rəqibə əks-hücum qurmaq imkanı vermədik. Rəqib qapısı önündə daha iti oynamaq lazımdı. Çox məyusedici gündü”.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər